Sosial şəbəkələrdə SÖYÜŞ AZADLIĞI: Bu halda həbs oluna bilərsiniz - VİDEO

media-hightechnic-468x90

Son dövrlərdə sosial şəbəkələrdə anonim və saxta profillər vasitəsilə yayılan təhqir və böhtan xarakterli yazılar ciddi problemə çevrilib.

Bu cür halların artması təkcə cəmiyyətin informasiya mühitinə mənfi təsir göstərmir, həm də fərdi hüquqların pozulmasına səbəb olur.

Sosial mediada davranış qaydalarına riayət edilməməsi müzakirə və fikir mübadiləsi mədəniyyətinə də zərbə vurur. Bu məsələnin hüquqi və etik müstəvidə ciddi şəkildə gündəmə gəlməsi sosial media üzərindən yayılan neqativ davranışlara qarşı tədbirlər görülməsini zəruri edir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən vəkil Ramil Süleymanov bildirib ki, bu cür hallarda təhqir və böhtan yayımlayan şəxslərə Cinayət Məcəlləsinə əsasən, 1000 manatdan 2000 manata qədər cərimə tətbiq edilə və onlar bir ilə qədər azadlıqlarını itirə bilərlər.

Ətraflı videomaterialda:

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa