Sosial şəbəkələrin yeni "bəlası": Ruhani və enerji mütəxəssisi adı altında FIRILDAQ

media-hightechnic-468x90

Son dövrlər sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda “fal açma”, “tale oxuma”, “enerji təmizləmə” kimi xidmətlər təklif edən şəxslərin sayı kəskin artıb. Özlərini “ruhani”, “falçı” və ya “enerji mütəxəssisi” kimi təqdim edən bu şəxslər vətəndaşların inamından sui-istifadə edərək onları ciddi maddi zərərə salırlar.

Hüquqşünas Ramil Süleymanov mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, bu cür halların qarşısının alınması üçün həm maarifləndirmə, həm də hüquqi mexanizmlər gücləndirilməlidir:

“Vətəndaşların bu şəkildə aldadılmaya məruz qalmaması üçün kifayət qədər geniş maarifləndirmə işi aparılmalıdır. Eyni zamanda, aldadılan şəxslərin hüquq-mühafizə orqanlarına şikayət etmələri təşviq edilməlidir. Təəssüf ki, bəzi hallarda zərərçəkənlər cəmiyyətin qınağından qorxaraq şikayət etməkdən çəkinirlər”.

Hüquqşünas vurğulayıb ki, problemin köklü həlli üçün qanunvericilikdə də dəyişikliklərə ehtiyac var:

“Dövlət tərəfindən bu sahə ilə bağlı qanunvericiliyə müəyyən düzəlişlər edilməlidir. Konkret olaraq, bu əməlin cinayət tərkibi və ya inzibati xəta olması ilə bağlı dəqiq hüquqi sərhədlər müəyyən olunmalıdır”.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa