!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosioloqdan nazirliyə ağır İTTİHAM: “Bu qədər problem veclərinə deyil”

!Reklam – Yazi

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə dəfələrlə müraciət etsəm də, “hı, hı, hı” deyirlər, ancaq praktiki addım atmırlar. Sanki təhsildə olan bu qədər problem veclərinə deyil”.

Bunu Yenicag.az-a açıqlamasında məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlər və valideynlərinin məsuliyyətsizliyindən danışan sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, cəmiyyətin gündən-günə həssaslaşması, mürəkkəbləşməsi özünü məktəblərdə də büruzə verir.

“Məktəbi müasir dövrdə köhnə metodlarla idarə etmək artıq məqsədəuyğun sayılmır. Yəni direktorun, dərs hissə müdirinin, sinif rəhbərinin indiki zamanda böyük təhsil müəssisəsini idarə etməsi mümkün deyil. Çünki hər bir məktəbdə sosial iş xidməti olmalıdır. Dəhşət orasındadır ki, düz beş ildir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə dəfələrlə müraciət etsəm də “hı, hı, hı” deyirlər, ancaq praktiki addım atmırlar. Sanki təhsildə olan bu qədər problem veclərinə deyil”.

Bir tərəfdə ailə daxili münaqişələr zəminində ölüm halları, digər tərəfdə boşanmaların sayının ildən-ilə artması… Məmurlar hələ də başa düşmür ki, sosial iş xidmətinə nə qədər ehtiyac var. Ölkədə səhiyyə olmasa hər kəs xəstə olar, məktəblərdə isə sosial iş xidməti olmazsa düzgün fərd yetişdirilə bilməz”, – deyə o əlavə edib.

Sosioloq qeyd edib ki, məktəbli azyaşlılar arasında bıçaqlaşmalar, əxlaqsız hərəkətlər barəsində tez-tez xəbərlər dərc edilir:

“Çünki daha öncə də qeyd edildyi kimi, cəmiyyətin mürəkkəbləşməsi özünü məktəblərdə də göstərir. Bir sözlə, məktəblə valideyn arasında əlaqələri, daxili nizam-intizam qaydalarını yalnız sosial iş üzrə ixtisaslaşan, xüsusi olaraq hazırlanan kadrlar təmin edə bilər.

Gülməli məqamlardan biri isə xarici praktikaya əsaslanaraq, dəb kimi bizim universitetlərdə də sosial iş üzrə ixtisasların yaradılmasıdır. Həmin ixtisası oxuyan tələbədən soruşduqda isə “iş yoxdur”, deməyi bəs deyilmiş kimi, nə keçdiyindən, nə öyrəndiyindən xəbərinin olmadığı da üzə çıxır. Məsələyə çox həssas yanaşılmalıdır, bacarıqlı və təcrübəli sosial işçilər yetişdirilməlidir. Nə qədər ki, təhsil sistemində sosial iş xidməti yoxdur, mənfi hallar ilbəil artacaq”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv