“Sovetski”yə Aida Mahmudova gözü ilə baxmaq-Fotolar
“YARAT” müasir incəsənət təşkilatının təsisçisi Aida Mahmudova Vyanada keçirilən “Viennafair” yarmarkasına qatılıb.
Layihə çərçivəsində rəssam Bakının baxımsız və köhnə şəxsi tikililərlə dolu olan ərazisində aparılan bərpa prosesinə müşahidəçi gözü ilə yaratdığı əsərini sərgiləyib. Aida Mahmudovanın installyasiyasında Sovetskaya küçəsində yerləşən qapının bəzəkli hissəsinin sanki yeni təyinatı gerçəkləşib. Həmin hissə şəhər mühitinin aniliyini və keçmiş zamanın xatirələrini canlandırmaqla, cilalanmış polad müstəviyə düşən “kölgələrlə” əhatə olunub. Yarmarka çərçivəsində həm də “Sovetski” sakinlərinin gündəlik həyatını əks etdirən videolar nümayiş etdirilib.
Qeyd edək ki, yarmarkada Aida Mahmudovadan başqa, rəssamlar Sənan Ələsgərov və Orxan Hüseynov da iştirak ediblər.