Soyuqdan ölənlərin sayı: 92 nəfər
Hindistanın Uttar-Pradeş ştatında anomal soyuqlar nəticəsində ölənlərin sayı son sutka ərzində 43 nəfərə çatıb.
Dekabrın əvvəlindən soyuqlar nəticəsində ölənlərin sayı isə 92 nəfərə yüksəlib.
“Times of India” qəzetinin məlumatına görə, hökumət evsizlərin gecələməsi üçün 300 min dollar həcmində humanitar yardım ayırıb.
Bildirilir ki, ştat ərazisində havanın temperaturu iqlim normasından 10 dərəcə aşağı düşərək +2,4-3,6 dərəcə təşkil edib. Temperaturun aşağı düşməsi və güclü duman səbəbindən qatar və təyyarə reysləri ləğv olunub, nəqliyyatın hərəkətində problemlər yaranıb. Hökumət yerli məktəbləri dekabrın 28-dək bağlı elan edib. Sinoptiklərin məlumatına görə, anomal hava şəraiti daha bir neçə gün davam edəcək.
(apa.az)