Söyüş söydü deyə tanımadığı adamı bıçaqladı - Bakıda

media-hightechnic-468x90

Bakı Ağır Cinayətlər Məhkəməsində küçədə tanımadığı şəxsi bıçaqlamaqda təqsirli bilinən Nurəhməd Nurəhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Nurəhmədov 3 il şərti azadlıqdan məhrum edilib.

İttihama görə, bu il paytaxtın Binəqədi rayonunda, rayon sakini Xəqani Tağıyev bıçaqlanıb. Hadisəni törətməkdə təqsirli bilinən yeniyetmə Nurəhməd Nurəhmədov olduğu müəyyən edilib və hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlum olub ki, Xəqani Tağıyev Nurəhməd Nurəhmədovun yaşadığı evin qarşısından keçən zaman söyüş söyüb. N.Nurəhmədov isə ona xəbərdarlıq edib. Lakin tərəflər arasında mübahisə düşüb. N Nurəhmədov X.Tağıyevi bıçaqlayıb. N.Nurəhmədova Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib. Onun barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05