Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Space”də günə "Hər Səhər"lə başlanır - Fotolar

Həftənin 6 günü saat 08-00-dan 11-00-a qədər “Space” televiziyasında yeni veriliş yayımlanır.

Yenicag.az xəbər verir ki, telekanaldan bildirilib ki, “Hər Səhər” adlı proqramda müxtəlif mövzulara toxunulacaq. İlk efirin mövzusu Qarabağ olub. Efirdə “İlklər” rubrikası da yer alıb. Həmçinin verilişin gedişatında ziyalılar, ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan şəxslər, tanınmış mədəniyyət nümayəndələri qonaq qismində iştirak edirlər.

Verilişdə bir-birindən maraqlı süjetlər, kliplər və tamaşaçı zəngləri də yer alır. Eyni zamanda ölkənin gündəmini zəbt edən xəbərlərə də xüsusi yer verilir. Hər gün “Hər Səhər” Azərbaycan tamaşaçısına fərqli zövqdə veriliş təqdim edir.

“Space” TV-nin  Hər Səhər” proqramının baş redaktoru Rauf Rəcəbovdur.

Loading...

www.yenicag.az

143
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100