Dekabrın 11-i axşam saat 23 radələrində rayonun İnçə kənd sakini, 1982-ci il təvəllüdlü Rəsul Yusif oğlu Mahmudov zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yenicag.az xəbər verir ki, müayinə zamanı R.Mahmudovun spirtli içkidən zəhərlənməsi məlum olub.
Onun reanimasiya şöbəsinə köçürüldüyü bildirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.