“Sputnik”in rus versiyası buraxıldı – Kütləvi istefa

media-hightechnic-468x90

newsroomSputnik.az saytının əməkdaşları kütləvi şəkildə işdən ayrılıblar.

Sayt əməkdaşlarının verdikləri məlumata görə, saytın rus versiyasında çalışan 8 nəfər ərizə ilə müraciət edərək, işdən azad olunmalarını istəyiblər. Onlardan biri də agentliyin şef-redaktoru Gülnarə Məmmədzadədir.

Lakin rəhbərlik onların ərizələrini qəbul etməyərək, öz hesablarına məzuniyyətə çıxmağı məsləhət görüblər.

Əməkdaşların kütləvi şəkildə işdən çıxmalarına səbəb isə rəhbərliklə xeyli müddətdir davam edən fikir ayrılığı olub. Bu fikir ayrılığı Türkiyə-Rusiya arasındakı gərginliklə bağlı müzakirələrdə pik həddə çatıb.

Qeyd edək ki, mətbuatda “Novosti Azərbaycan” İnformasiya Agentliyinin Azərbaycanda fəaliyyətini dayandırması ilə bağlı məlumat yayılıb. Yayılan məlumatlarda bildirilir ki, əməkdaşların hamısının işinə xitam verilib.

Məlumat üçün bildirək ki, “Sputnik” saytının keçmiş adı “Novosti Azərbaycan” olub(Aznews).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600