Məşhur aktyora qarşı daha bir zorlama ittihamı

Aktrisa Reqina Simons məşhur amerikalı prodüser və aktyor Stiven Siqalı ona təcavüz etməkdə ittiham edərək, polisə verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, o, Siqalla “Ölüm zonasında” filminin çəkilişlərində tanış olub. Stiven həmin filmdə baş rolda çəkilibsə, həmin vaxt 18 yaşı olan Reqina əlavə rollardan birini oynayıb. Onun sözlərinə görə, aktyor onu filmin çəkilişlərinin bitməsi münasibətilə təşkil olunan bayram tədbirinə dəvət edib. Amma aktrisa deyilən ünvana getdikdə orada heç bir qonağın olmadığını, Siqalın tək olduğunu görüb.

Hazırda Los-Anceles polisi Simonsun bu ittihamı ilə bağlı araşdırma aparır.

Məşhur aktyor özü isə ittihamlarla bağlı heç bir açıqlama verməyib.

Xatırladaq ki, daha öncə aktrisa Porşa De Rossi və “Playboy” jurnalının fotomodeli Cenni Makkarti də Siqalın onlara təcavüz etdiyini açıqlamışdı.

COP29