Su ehtiyatlarının idarə olunmasında peşəkar kadrların hazırlanması davam edir - FOTO

media-hightechnic-468x90

Təlim İnnovasiyalar Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su Meliorasiya Elmi Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təlim İnnovasiyalar Mərkəzi ölkədə su ehtiyatlarının davamlı səmərəli idarə olunması üçün peşəkar kadrların hazırlanmasında mühüm rol oynayacaq.

Mərkəz insan resurslarının peşəkarlığını artırmaq sahəyə innovativ yanaşmalar gətirmək məqsədi daşıyır.

Müasir təlim korpusu, hidrotexniki qurğularla təchiz edilmiş poliqon sahəsi ekoparkdan ibarət olan Mərkəz həm nəzəri, həm praktiki təlim üçün yüksək şəraitlə təmin olunub.

Burada təlim otaqları, laboratoriyalar, kitabxana, idmanzalı yataqxana fəaliyyət göstərir. Eyni vaxtda yüzlərlə iştirakçının tədris alması mümkündür.

2025-ci ildə su ehtiyatlarının idarə olunması, içməli suyun emalı, tullantı sularının idarəsi, iqlim dəyişikliklərinə uyğunlaşma digər mövzular üzrə müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulur.

Mərkəz yaxın vaxtlarda beynəlxalq ISO/IEC 17024 standartı üzrə akkreditasiyadan keçməyi İqtisadiyyat Nazirliyindən təlim lisenziyası alaraq fəaliyyətini daha da genişləndirməyi hədəfləyir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600