Oktyabrın 16-da ADA universitetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilir.
Yenicag.az xəbər verir ki, konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, COP29 təşkilat komitəsinin üzvü Bahar Muradova, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, COP29-Azərbaycan üzrə baş icraçı direktor, energetika nazirinin müavini Elnur Soltanov, ADA Universitetinin icraçı prorektoru, Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Fariz İsmayılzadə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini müvəqqəti icra edən Nasar Hayat iştirak edirlər.
www.yenicag.az