“Sual vermək lazımdır ki, bu qədər kapital səndə haradandır?!” – Tural Abbaslı Ramiz Mehdiyevin oğlundan DANIŞDI

media-hightechnic-468x90

“Mehdiyevin oğluna sual vermək lazımdır ki, sən məmursan, bu qədər kapital səndə haradandır?!”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı bildirib.

Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyevə məxsus “Şərq-Qərb” ASC keçən il 12 milyon manata yaxın gəlir əldə edib. Bu barədə ASC-nin özü maliyyə hesabatı dərc edib.

Ağ Partiya sədri Mehdiyevlərin bu qədər gəlir əldə etməsini şərh edərək bildirib ki, bu cür məmurlara dövlət nəzarəti artırılmalıdır:

“Məmur olaraq nəinki milyonluq şirkətlər, milyonluq villalar, milyonluq əmlaka sahib olmaq olar, heç məmur olaraq işlədiyin müddətdəki maaşı üst-üstə yığsan, bir milyon manat eləmir. Çünki məmurların aldığı aylıq məvacib də məlumdur, dövlət sirri deyil. Onların neçə il işlədikləri də məlum olduğu üçün əməkhaqqını aylara, illərə vuranda təqribi rəqəmlər ortaya çıxır. Sadəcə olaraq, bu məsələləri araşdıracaq qurumlar belə məsələləri araşdırmırlar. Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi, Hesablama Palatası və digər istintaq orqanları bu məsələləri araşdırmırlar və məmurlar arasında cəzasızlıq sindromu yaşanır. “Oğurladım, yedim, çıxdım, əsas odur ki, indi sakitcə oturub yeyirəm” deyə düşünürlər”.

T. Abbaslı R. Mehdiyevin oğlundan bu gəlirlərin mənbəyinin soruşmaq lazım olduğunu qeyd edib:

“Ramiz Mehdiyevə sual vermək lazımdır ki, oğlunun özü FHN-də dövlət məmurudur. Bu qədər büdcəni sən haradan almısan?! Tenderləri necə udmusan?! Bu imtiyazları necə əldə etmisən?! Bu suallara cavab verə bilməz. Bu kimi hallar Azərbaycan cəmiyyətini təəssüfləndirmir. Azərbaycan cəmiyyəti hansısa məmurun milyarder olmasına təəccüblə yanaşmır. Hansısa məmurun xaricdə villaları, yüz milyonluq şirkətləri var – bunlar Azərbaycanın acı reallıqlarıdır. Təbii ki, qanunlar işləsə, Mehdiyevlər ailəsi daxil bir çox məmur ailəsi var ki, bu kapitalların hesabatını verə bilməzlər”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600