"Sülh müqaviləsinin imzalanmasına töhfə verməyə hazırıq" - Nazir

media-hightechnic-468x90

Tbilisi Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasına töhfə verməyə hazırdır. 

Yenicag.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili  ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə keçirdiyi brifinqdə deyib.

Nazir bir daha qeyd edib ki,  Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanı alqışlayır və regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə töhfə verməyə hazırdır: “Mən şadam ki, ötən həftə Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin üçtərəfli görüşü baş tutub və ümid edirəm ki, bu formatda biz regionun çiçəklənməsi naminə əməkdaşlıq edə biləcəyik”.

Boçorişvili bildirib ki, Gürcüstan regional əməkdaşlığa, xüsusilə iqtisadi inkişafa töhfə verəcək layihələrin həyata keçirilməsinə böyük əhəmiyyət verir./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600