“Sultan Süleyman” haqqında həbs qərarı verildi

media-hightechnic-468x90

Türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlunun mühakimə olunduğu “Gezi Parkı” işi üzrə hökm oxunub.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Aktyorlar Halit Ergenç və Rıza Kocaoğlunun menecerləri Ayşe Barımın “Gezi Parkı” istintaqı ilə bağlı “yalan ifadə verməsi” iddiası ilə mühakimə olunduğu iş üzrə məhkəmənin hökmü ilə Ergenç 1 il 10 ay 15 gün, Kocaoğlu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən sonra cəza şərti hesab edilib.

Qeyd edək ki, Halit Ergenç “Muhteşem Yüzyıl” serialında Osmanlı Sultanı Süleymanı canlandırmaqla məşhurlaşıb. /unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600