“Sumqayıt” mövsümdə dördüncü qələbəsini qazandı

media-hightechnic-468x90

Azərbaycan Basketbol Liqasında XIV turun növbəti oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, “Sumqayıt” doğma meydanda “Cəlilabad”ı qəbul edib. Sumqayıt Olimpiya İdman Kompleksində reallaşan görüş meydan sahiblərinin 109:99 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticələrdən sonra xallarını 18-ə çatdıran “Sumqayıt” 8-ci yerdədir. Aktivində 19 xalı olan “Cəlilabad” altıncı pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 26 xalla “Xəzri” başçılıq edir.

Turun daha əvvəl keçirilən oyunlarında “Neftçi” “Sabah”ı 101:87, “Xəzri” isə “Şəki”ni 94:85 hesabı ilə məğlub edib./Azertag/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa