Sumqayıt polisi 2 maddə ilə axtarışda olan şəxsi saxlayıb.
DİN Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 244–cü (əxlaqsızlıq yuvaları saxlama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə axtarışda olan E.Muradov saxlanılıb.