“Sumqayıt” prezidentindən məhkəmə qərarı ilə bağlı bəyanat

media-hightechnic-468x90

“Sumqayıt” Futbol Klubu klub prezidenti Riad Rəfiyev ilə jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərov arasında gedən məhkəmə prosesi ilə bağlı bəyanat yayıb.

Yenicag.az xəbər verir ki, bəyanatda bildirilir ki, jurnalistlər tərəfindən Riad Rəfiyev haqqında qərəzli, əsassız və iftira xarakterli məlumatların paylaşılması səbəbindən klub rəhbəri məhkəməyə müraciət edib. Təkzib, üzr və təzminat tələbi ilə qaldırılan mülki iddia Nərimanov Rayon Məhkəməsi tərəfindən qismən təmin olunub.

Məhkəmənin qərarına əsasən, Anar Şabanoğlu və İxtiyar Əsgərov tərəfindən yayılan həqiqətə uyğun olmayan məlumatların təkzib mətni “Sports.Az” və “Matc.az” saytlarında, eləcə də onların şəxsi “Facebook” hesablarında dərc edilməlidir. Həmçinin həmin məlumatların adıçəkilən media resursları və sosial şəbəkə hesablarından silinməsi tələb edilib.

Qərara görə, mənəvi zərərə görə “Sports.az” MMC və Anar Şabanoğlu 1000 manat, İxtiyar Əsgərov isə 1000 manat olmaqla, ümumilikdə 2000 manat təzminatı Riad Rəfiyevə ödəməlidirlər. Klub prezidentinin bildirdiyinə görə, bu məbləğ şəxsi məqsədlə istifadə olunmayacaq və cavabdehlər tərəfindən YAŞAT Fonduna köçürülməsi tələb olunur.

Açıqlamada məhkəmə qərarının icrasının aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılacağına ümid ifadə olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa