“Sumqayıt” Türkiyəyə yollandı

media-hightechnic-468x90

“Sumqayıt” klubu təlim-məşq toplanışı keçmək üçün bu gün Türkiyəyə yollanıb.

Yenicag.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Antalya şəhərinin Lara bölgəsində hazırlıq keçəcək.

Komanda yanvarın 17-dək davam edəcək hazırlıq prosesi çərçivəsində iki yoxlama oyununda gücünü sınayacaq. Samir Abasovun yetirmələri yanvarın 12-də “Hermanştadt” (Rumıniya), 16-da isə “Soqdiana” (Özbəkistan) klubları ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqada ilk yarıdan sonra 27 xalla 4-cü pillədə qərarlaşıb./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa