!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıt və Salyanda yanğın baş verdi

!Reklam – Yazi

Sumqayıt şəhəri, Yeni yaşayış massivi ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsində mətbəxin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yüksək temperaturdan ikinci mərtəbədə 1 otağın pəncərə çərçivəsi qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin, Salyan rayonunun Gəncəli kəndində ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan taxta konstruksiyadan ibarət ikimərtəbəli ev və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv