Sumqayıt-Yalama dəmiryol xəttinin 48 faizi yeniləndi

media-hightechnic-468x90

“Azərbaycan Dəmir Yolları” QSC ötən il yol infrastrukturunun müasirlədirilməsi istiqamətində 363 km uzunluğunda Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulmasını qrafikə uyğun davam etdirib və tikinti işlərinin 48 %-i icra olunub.

Yenicag.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

“Layihənin tamamlanması gələcəkdə bu istiqamətdə daha çox yükün sürətlə və təhlükəsiz daşınmasına geniş imkanlar yaradacaq”, – deyə qurum bəyan edib.

Qeyd edək ki, Abşeron yarımadasını respublikanın şimal sərhədi ilə birləşdirən Sumqayıt-Yalama dəmir yolunun ox üzrə uzunluğu 167,7 km, açılmış uzunluğu 362,8 km, o cümlədən əsas yolların uzunluğu 328,3 km, yan yolların uzunluğu 27 km, yoldəyişənlərin isə uzunluğu 7,5 km təşkil edir.

Bugünədək yolun 154,8 km-lik hissəsində yeni rels-şpal şəbəkəsi quraşdırılıb. Görülən işlər çərçivəsində dəmir yolun 142,9 km-i ilkin hərəkətə açılıb.

İkixətli Sumqayıt-Yalama dəmir yolun bir xətti yenidən qurularkən digərində qatarlar hərəkət edir.

Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaət, nəqliyyat vasitələrinin və infrastrukturun istismarı xərclərinə qənaət, ətraf mühitə təsirin azaldılması, təhlükəsizliyin artırılması kimi faydalar gətirəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600