Sumqayıtda 17 yaşlı gənc tanışını bıçaqladı

media-hightechnic-468x90

Sumqayıt şəhərində 17 yaşlı gənc tanışını bıçaqlayıb.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Mikayılov Emin İlham oğlu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla tanışı, 1998-ci il təvəllüdlü Nəcəfov Asif Mehman oğluna bir dəfə zərbə endirərək onun döş qəfəsinə xəsarət yetirib.

E.Mikayılov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600