Sumqayıtda ət kəsimi məntəqəsində heyvana əziyyət verilib.
Yenicag.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. Söhbət Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən ət kəsimi məntəqələrindən birində baş verib.
Qəssab heyvanın ağzını möhkəm bağlayıb və bu, ətrafdakı insanlar tərəfindən xoş qarşılanmayıb. Məsələ sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi müzakirə edilsə də, ikitərəfli yanaşma ortaya çıxıb.
Bir qrup heyvanın səsinin insanları narahat etdiyi üçün bu addımın doğru olduğunu düşünsə də, əksəriyyət bu kimi hərəkətin heyvana əziyyət, işgəncə olduğunu deyərək, bənzər davranışa yol verən şəxslərin aidiyyəti qurumlar tərəfindən cəzalandırılmasını tələb edib.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlanıb. Agentlikdən bildirilib ki, AQTA-nın Sumqayıt Regional bölməsi tərəfindən məsələ nəzarətə götürülüb:
“Qanunvericiliyə uyğun tədbirlər görüləcək”.
www.yenicag.az