Aqil Abbas: “Onlar “hamımız erməniyik” deyənlərdəndir”
Tənzilə Rüstəmxanlı: “Bu şəxslərin həmin əməlini Vətənə, millətə böyük bir xəyanət kimi qiymətləndirirəm”
Bildiyimiz kimi, Almaniya Bundestaqı tərəfindən qondarma erməni soyqırımına səs verən deputatlar arasında 11 nəfər türk əsilli deputatıar da olub. Onların adları aşağıda qeyd olunur. Cem Özdemir, Cemile Yusuf, Mahmut Özdemir, Aydan Özoğuz, Metin Hakverdi, Cansel Kızıltepe, Gülistan Yüksel, Ekin Deligöz, Özcan Mutlu, Sevim Dağdelen və Azize Tank.
Bu insident barədə Yenicag.az-a açıqlamasında millət vəkili Aqil Abbas həmin şəxslərin türk olmadığını bildirdi: “Onlar pasportlarında türk yazdıra bilərlər. Lakin mən həmin şəxsləri türk saymıram. Onlar “hamımız erməniyik” deyənlərdəndir. Pasportuna türk yazdıran elə türk olur? Sünnət olunan elə müsəlman olur?”
“Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə həmin deputatları xəyanətkar adlandırdı: “Bundestaqda qondarma erməni soyqırımına səs verən həmin türk əsilli deputatlar milli, tarixi şüuru olmayan, Avropa dəyərləri içində kəndi milli kökünü unudan manqurt bir nəslin nümayəndələridir. Yazıqlar olsun onlara. Həmin səs verənlərin əksəriyyəti həm də ikili vətəndaş statusundan istifadə edən Türkiyə vətəndaşıdırlar. Onlar arasında bəzilərini, Cem Özdəmiri tanıyıram. Azərbaycanda bir çox məclislərdə başda olub, hər tədbirimizdə iştirak ediblər. Bu şəxslərin həmin əməlini Vətənə, millətə böyük bir xəyanət kimi qiymətləndirirəm. Almaniya demokratik bir ölkənin, onun vətəndaşı ola bilərsən. Nə olur-olsun, amma sən sözügedən məsələdə lehinə səs vermək məcburiyyətində deyilsən. Yəni əleyhinə səs verə bilərdilər, kimsə başqa cür addım atmağa onları məcbur edə bilməzdi. Onlar məqam qorxusu adı altında belə səs veriblər. Onu da qeyd edim ki, həmin şəxslər deputat seçkilərində səslərini də orada yaşayan türklərdən alıblar. Türklərin onlara verdiyi səslər onlara haram olsun”.
ELÇİN
www.yenicag.az