Sünni və şiənin fundamental səhvləri – İlahiyyatçı alim açıqladı
Sünnilər və şiələr. Bu məzhəblər arasında fərqlər daim maraq doğurub. AMEA-nın elmi işçisi, ilahiyyatçı alim Qadir Səfərov düşünür ki, istər bu iki məzhəb arasında, istərsə də digər İslam məzhəbləri arasındakı fərq məzhəblərin yaranma səbəbi ilə eynidir. İlahiyyatçı bu baxımdan bu iki məzhəbin yaranması və ya ilk müsəlman cəmiyyətində yaşanan gərginlik və ixtilafları 4 qrupda göstərir:
“1. Daxili səbəblər. Burada əsasən Qurani—Kərimin başqa adla nassin hökümlərinin anlama məsələsi əsasdır. Çünki Allah Qurani-Kərimdə hər kəsin dərk etmə gücünə uyğun, fikirləşmə və anlama hüriyyəti bəxş etmişdir insana..
- İslam dinin yayılması ilə əlaqədar yaşanılan coğrafiya. Yeni fərqli coğrafiyalardan fərqli din və mədəniyyətllərdən insaların İslamı qəbul etmələri ilə birlikdə öz keçmişlərini də İslama gətirməsi.
- İsrailiyyatın təsiri-İslama yəhudilər tərəfindən soxulmuş uydurma rəvayətlər.. Məsələn, İbn Səbə məsələsi, mesih- mehdi inancı üzərinə olan şərhlər…
- Peyğəmbərmizin(s) vəfatından sonra ümmətə kimin rəhbər olacağı mövzusunda gedən müzakirələr və hadisələr fonunda yaranan siyasi ixtilaflar.
Tam əminliklə deyə bilərik ki, yuxarıda sadaladığımız səbəblər bugün də bu iki məzhəb arasında yaşanan gərginliyin əsas səbəblərindən biridir. Günümüzdə bu gərginliyin digər bir səbəbi də Qərb imperialist siyasət dairələrində müsəlman dünyasının tam (həm maddi, həm də dini-mənəvi) işğalının başa çatdırılması üçün “parçala-hökmranlıq et” şüari gərəyi hələ də xaç yürüşlərinin davam etməsidir. Əfsuslar olsun ki, şiə və ya sunni müsəlmanlar olaraq xırda məsələləri İslamin əqidə əsasının tacı olan “Tövhid” yəni Allahın birlik və bərabərlik çağrışınin üzərində tutmuşuq”.
Kamran