Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Super Liqanın oyunları dayandırıldı - Hökumət qərarı açıqladı

Reklam: Sinerji Pro

Yunanıstan Super Liqasının oyunları qeyri-müəyyən müddətə dayandırılıb.

Yenicag.az xəbər verir ki, buna PAOK – AEK matçında baş verən qalmaqallar səbəb olub.

Bu barədə Yunanıstan hakimiyyəti qərar qəbul edib. Ölkənin mədəniyyət və idman nazirinin köməkçisi Yorqos Vassiliadis baş nazir Aleksis Çiprasla görüşdən sonra açıqlama verib. O, sözügedən qarşılaşmada baş verən hadisələrin yunan futboluna ağır zərbə vurduğunu bildirib. Bu səbəbdən çempionat oyunlarının qeyri-müəyyən müddətə dayandırıldığını rəsmən bəyan edib.

Qeyd edək ki, PAOK – AEK matçının son dəqiqəsində meydan sahiblərinin vurduğu qol qeydə alınmayıb. Qol sayılmayınca PAOK-un prezidenti İvan Savvidis belində silahla meydana girib və insident daha da böyüyüb.

Loading...

www.yenicag.az

1400
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100