Sürətli pul köçürmə sistemləri ilə banka daxilolmalar və kənara köçürmələr artdı
Bu ilin yanvar-aprel aylarında sürətli pul köçürmə sistemləri ilə banklara 336,6 min ədəd əməliyyat üzrə 164,6 milyon manat vəsait daxil olub.
Bu barədə Yenicag.az-az Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 35,1 min ədəd və ya 11,6%, vəsait həcmi üzrə isə 22,3 milyon manat və ya 15,7% çoxdur.
Hesabat dövrü ərzində bir ödənişin məbləği 489 manat təşkil edib ki, bu da 2024-cü ilin yanvar-aprel aylarındakı göstərici ilə müqayisədə 17,2 manat və ya 3,6% azdır.
Eyni zamanda cari ilin yanvar-aprel aylarında sürətli pul köçürmə sistemlər ilə banklardan kənara 94,7 min ədəd əməliyyat üzrə 48,3 milyon manat vəsait köçürülüb. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 8,1 min ədəd və ya 7,9% az, vəsait həcmi üzrə isə 4,2 milyon manat və ya 9,5% çoxdur.
Dövr ərzində sürətli pul köçürmə sistemləri ilə banklardan kənara köçürmələr üzrə bir ödənişin məbləği 510 manata bərabər olub ki, bu da 2024-cü ilin yanvar-aprel aylarındakı göstəriciyə nisbətən 81,4 manat və ya 19% çoxdur.