Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sürətli yaşlanmağa səbəb olan QİDALAR

Qidaların bədənimizə və sağlamlığımıza bir çox təsiri var.

Yenicag.az xəbər verir ki, hamımız dərimizin daha parlaq və canlı görünməsini istəyərik, və bunun üçün istehlak etdiyimiz qidalar mühüm rol oynayır.

Xüsusilə şəkər, sağlam olmayan yağlar, həddindən artıq duz, alkoqol və hətta kafein ehtiva edən qidalar bədənimizdəki əhəmiyyətli zülalları sıradan çıxarır. Bu vəziyyət bədənimizin susuz qalmasına gətirib çıxarır və bundan ilk təsir alan dərimiz olur. Bəs, hansı qidalardan uzaq durmalıyıq?

Artıq hamımız şəkərin nə qədər zərərli olduğunu bilirik. Çəki artımından, qırışıqların meydana gəlməsinə və dərinin sallanmasına qədər bir çox zərəri var.

Tez bişən qidalar, qızarmış yağlar, marqarin, konservlər trans yağ ehtiva edir. Trans yağlar ürək xəstəliyi riskini artırmaqdan başqa eyni zamanda damarlarınızı sərtləşdirir.

Bu vəziyyət, dəridəki qan dövranını zəiflədir və erkən yaşlanmağa səbəb olur.

Duz bədənin su tutmasına səbəb olaraq şişə gətirib çıxarır. Bundan əlavə, hüceyrələrin kiçilməsinə səbəb olaraq susuzluğa gətirib çıxarır. Bədən susuz qaldıqda dəri qırışır və daha erkən yaşlanır.

Bir çox adam tərəfindən sevilən kolbasa ətlərində çox miqdarda duz və qoruyucu maddə var. İşlənmiş ətlərin istehlakı iltihablanmanı artırır.

Bundan əlavə, bu məhsullar bədəndəki C vitamini miqdarını salır və bu da kollagen yaranması baxımından çox əhəmiyyətlidir./deyerler.org/

Loading...

www.yenicag.az

461
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100