Suriya müxalifəti qeyri-adi silah icad etdi-Foto
Suriyada Əsəd rejiminə qarşı döyüşən müxalif qüvvələr silah icad etməyə başlayıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, müxalifətin kustar üsullarla yaratdığı silahlar böyük diqqət çəkib.
Mətbəxdə istifadə edilən qaz balonlarının içərisi, “borkan” adlı kimyəvi maddə ilə doldurulduqdan sonra mərmi halına gətirilir. Mərmi 2 kilometr uzaqlığındakı hədəfi rahatıqla vura bilmək imkanına malikdir.
Eyni zamanda mərmi partladıqdan sonra kimyəvi qaz yayılır və ətrafdakı canlılar zəhərlənir. Bildirilir ki, silahdan hələlik Hələb şəhərində istifadə edilsə də, yaxın zamanda Suriyanın digər ərazilərində də tətbiq ediləcək.