Suriya ordusu Palmiraya daxil olub

media-hightechnic-468x90

Suriya hökumət ordusunun bölmələri İŞİD terror qruplaşması tərəfindən ələ keçirilən Palmira şəhərinə daxil olublar.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ordu şəhərin qərbində bir neçə rayonu nəzarət altına alıb.

2015-ci ilin mayında İŞİD Palmiranı ələ keçirib, 2016-cı ilin martında isə Suriya ordusu Rusiya hərbi aviasiyasının dəstəyi ilə şəhəri azad edib. Ötən ilin dekabrında Palmira yenidən terrorçuların nəzarəti altına keçib.

Qeyd edək ki, UNESCO -nun Mədəni İrs Siyahısına daxil edilən Palmira şəhəri qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biridir.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600