Suriya Şanxaya üzv olur
Suriyada 3 iyunda keçiriləcək olan prezident seçkilərində namizəd olacaq Bəşər Əsəd sürpriz bir qərar verib.
Suriya rəhbərliyi Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq üçün müraciət edib.
Müraciətdə Suriyanın Rusiya, Belarus və Qazaxıstanı əhatə edən Avrasiya İqtisadi Birliyi ilə gömrük birliyi sahəsində razılaşma əldə etmək istədiyi bildirilir. 2001-ci ildə yaradılan təşkilata Çin, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan ölkələri daxildir.
Xatırladaq ki, bir müddət öncə Türkiyə Baş naziri Ərdoğan da ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ola biləcəyi ehtimalını irəli sürmüşdü(axar.az).