Suriya və Türkiyə müdafiə nazirləri görüşə bilər

media-hightechnic-468x90

Suriya və Türkiyənin müdafiə nazirləri normallaşma prosesi çərçivəsində görüşə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər açıqlamasında deyib.

“Türkiyə və Suriya uyğun şərait yaradılarsa, aralarındakı münasibətləri normallaşdırmaq səyləri çərçivəsində nazirlər səviyyəsində görüş keçirə bilər”, – deyə Gülər bildirib.

Qeyd edək ki, iki ölkə müdafiə nazirləri arasında 2011-ci ildən bəri ilk danışıqlar 2022-ci ilin dekabrında Rusiyanın vasitəçiliyi ilə Moskvada baş tutub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa