Suriyada antiterror əməliyyatlarına başlaya bilərik - Ərdoğandan xəbərdarlıq

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, Türkiyə lideri bu barədə Mersin vilayətindəki çıxışında deyib.

“Terrorçular çağırışlarımıza əməl etməsələr, uğurlu əməliyyatlarımız nəticəsində məsələni özümüz həll edərik. Artıq regionun gələcəyini bölgənin qədim xalqları müəyyənləşdirəcək”, – o bildirib.

Ərdoğan qeyd edib ki, regiondakı yüzillik oyun pozulub: “Bölgəmizdə qardaşlıq, sabitlik təmin olunur. Yaxın gələcəkdə Suriyada üçdəbir hissəsini işğal edən YPG terror təşkilatının mövcudluğuna tamamilə son qoymaq üçün addımlar atacağıq”.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600