Suriyadan yeni həmlə: Türkiyə sərhədi boyunca ordu yerləşdirildi - FOTOLAR

media-hightechnic-468x90

Suriya ordusu 200 kilometr məsafəni əhatə edən Türkiyə sərhədi boyunca yerləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Suriyanın rəsmi xəbər agentliyi SANA yayıb. Bildirilib ki, Suriya ordusu Haseke vilayətinin qərbində – Rasulayn düzünün şimal-şərqindən vilayətin Malikiyə rayonuna və Ayn Divan bölgəsinə qədər 200 km boyunca uzanan sərhəddə yerləşdirilib.

Xəbərdə ötən ay Suriya ordusunun təhlükəsizliyi təmin etmək üçün Türkiyəyə sərhəd bölgələrdə əməliyyata başladığı vurğulanıb. Qeyd olunub ki, sərhəd mühafizəçiləri 6 nöqtədə yerləşdirilib.

Qeyd edək ki, ABŞ öz qoşunlarını bölgədən geri çəkəcəyini elan etsə də, həmin bölgədə yeni hərbi bazalar qurmağa davam edir.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600