Sürücülərə xəbərdarlıq: Bu yollarda sürət həddi endirildi

Bakı Nəqliyyat Agentliyi (BNA) yağışlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

BNA-dan Yenicag.az-a  verilən məlumata görə, hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev-Hava limanı avtomagistralının bəzi hissələrində zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər həmçinin meterioloji amilləri nəzərə alsınlar.