Sürücülük vəsiqəsi olmadan avtobus sürən şəxs həbs edildi

media-hightechnic-468x90

Sürücülük vəsiqəsi olmadan ictimai nəqliyyat vasitəsi idarə edən şəxs həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Masallıda rayondaxili marşrut üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobusda sərnişindaşıma qaydaları pozulduğu üçün nəqliyyat vasitəsi Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Müəyyən olunub ki, həmin mikroavtobusla marşrut xətti üzrə sərnişin daşıyan Masallı rayon sakini Ramal Hüseynovun sürücülük vəsiqəsi yoxdur. Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinə əsasən 15 gün müddətində inzibati qaydada həbs edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600