Şuşa, Kəlbəcər və Laçının hava proqnozu açıqlandı

media-hightechnic-468x90

Şuşa, Kəlbəcər və Laçında havanın yağmursuz keçəcəyi, arabir duman olacağı, 16-sı gündüzdən 17-si gündüzədək az qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, havanın temperaturu gecə 3-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 15-də dəyişkən buludlu, əsasən yağmursuz, arabir duman olacaq. Qərb küləyi 2-5 m/s., havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 16-da dəyişkən buludlu, əsasən yağmursuz, arabir duman olacaq. Lakin axşama doğru az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var.
Qərb küləyi 2-6 m/s, havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 17-də arabir az qar yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi 3-8 m/s, havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 18-də əsasən yağmursuz, arabir duman, şərq küləyi 2-6 m/s, havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa