“Şuşa uğrunda şəhid olanların ruhu çox narahatdır”- Millət vəkili Azay Quliyev

media-hightechnic-468x90

azay_guliyev_021214Bu gün Şuşanı itirdiyimiz tarixdən 23 il keçir. Nə zamana qədər işğal günlərini qeyd edəcəyik? Və ya Şuşanın düşmən işğalından azad olunduğu günü görə biləcəyikmi?

Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev nikbindir. Yenicag.az-a verdiyi müsahibədə, millət vəkili “Şuşaya qovuşa biləcəyikmi” sualını  bu şəkildə cavablandırdı: “Bu məsələdə  Azərbaycan xalqının, dövlətinin, Ali baş komandanının, ordusunun, ictimaiyyətinin mövqeyi birmənalıdır. Biz Şuşaya mütləq qayıdacayıq. Şuşa Azərbaycanın qədim şəhəridir. Şuşa Azərbaycanın  dünya mədəniyyətinə, incəsənətinə verdiyi çox böyük bir töhfədir. Dahilər yetişdirən bir məkandır. Şuşanın bütün parametrləri, atributları yalnız və yalnız Azərbaycana məxsusdur. Ona görə də biz Şuşaya mütləq qayıdacayıq. İnamsızıq  çox pis şeydir. İnam olmasa, addım belə atıla bilməz. Biz buna inanırıq. Əlbəttə, biz necə qayıdacıyıq- bu başqa məsələdir. Mən bu məsələdə beynəxalq təşkilatların və bu işə bilavasitə məsuliyyət daşıyan qurumların Şuşanı doğma sahibinə qaytarılması ilə bağlı konkret addım atacağını gözləmirəm. Son 20 ildə aparılan danışıqlar və beynəlxalq qurumların sərgilədiyi mövqe hər hansı bir formada nikbin düşünməyə əsas yaratmır. Amma əminəm ki, biz bunu Azərbaycan ordusunun gücü ilə qaytaracayıq. Çünki Ermənistanı torpaqlarımızdan çəkilməyə məcbur etməyin iki yolu var. Ya beynəlxalq güclər məcbur etməlidir. Məsələn, Rusiya çağırıb deməlidir ki, işğal etdiyin torpaqlardan çəkil. Ya da bununla bağlı müəyyən sanksiyalar, siyasi tədbirlər görülməlidir. Necə deyərlər güc tətbiq etmədən islah etmək olmaz. Bütün bunlarla bərabər, biz beynəlxalq geosiyasi şəraitin müsait olduğu bir vaxtda ordumuzla bu problemi həll etməyə hazır olmalıyıq”.

QHT Şurasının təşkil etdiyi “Şuşaya azadlıq” kampaniyası ilə bağlı isə millət vəkili bunları söylədi: ““Şuşaya azadlıq” kampaniyasının mühüm əhəmiyyəti var. Hamı vətən üçün öz işini görməlidir. Ordu öz işini görməlidir, diplomatlar, hökumət nümayəndələri,  parlamentarilər də öz işini görməlidir. İctimaiyyət də həmçinin. İnformasiya müharibəsində zəfər əldə etmək üçün Azərbaycanın başına gətirilən oyunlar, Azərbaycana qarşı törədilən cinayətlər həmdə ictimaiyyət tərəfindən dünyaya çatdırılmalıdır. Təsadüfi deyil ki, bizim keçən il başladığımız bu kampaniyaya ciddi ictimai dəstək gəlməkdədir. 2 gün öncə Bakıda keçirdiyimiz “Şuşaya azadlıq” beynəlxalq kampaniyasına 19 ölkədən 30 nümayəndə dəvət etmişdik. Bunların əksəriyyəti gənclər təşkilatı iditörədib”.

“Azərbaycanlıların Şuşada olan maddi və mənəvi abidələri tarimar edilib” deyərək, erməni vəhşiliyinə diqqət çəkən Azay Quliyev hesab edir ki, “Son 200 ildə ermənilər qədər öz düşmənlərinə qarşı qəddarlıq edən  ikinci bir qatil millət olmayıb. Necə olar ki, öz qurbanını  öldürəsən, sonra o meyidin gözünü çıxardasan, qulağını kəsəsən. Mən tarixçiyəm və tarixdə buna bənzər cinayətə rast gəlməmişəm.Cənab prezidentin dediyi kimi bunlar faşistdən daha qəddar və acımasızdırlar”.

Deputat sonda qeyd etdi ki, “Şuşa uğrunda şəhid olanların ruhu çox narahatdır. Onların ruhu şad etməyin yeganə yolu Şuşanı işğaldan azad etməkdir”.

P.S. Millət vəkili Azay Quliyevin Yenicag.az-a verdiyi geniş müsahibəni bazar ertəsi saytımızda oxuya bilərsiniz.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600