Tacirin kimə YAZIĞI GƏLDİ? – “Demir e, sağlığına qismət, deyir, hansı pulla aldın?”

media-hightechnic-468x90

“Görəndə ki, özünə təzə ev, maşın alıb, şirkət qurub, o saat başlayır ki, bu evi hansı pulla tikdirdi, bu avtomobili nə ilə aldı, şirkəti necə qurdu? Paxıllıq hissi onu içindən yeyib-bitirir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınımış müğənni Tacir Şahmalıoğlu deyib.

Sənətçi şou-biznesdə bir-birini “çəkə bilməyən” saxta dostluqlardan danışıb.

“Dostluq gözəl şeydir, nə yazıq ki, şou-biznesdə hamı dostluq etməyi bacarmır. Kimsə kiminsə uğurunu çəkə bilmir. Məsələn, mən görəndə ki, biri özünə avtomobilini yeniləyib, özünə təzə ev tikdirib, özünə şirkət qurub, sevinirəm. Özümdən asılı deyil, bu hissi Allah özü mənim ürəyimə salıb. Amma adam var ki, başqasının uğurunu görəndə o saat narahat olur. Deyir, bu evi hansı pulla tikdirdi, bu avtomobili nə ilə aldı, şirkəti necə qurdu? Paxıllıq hissi onu içindən yeyib-bitirir. Əksinə, sən sevin, xeyir-dua ver, de ki, Allah daha da artıq etsin. Millətimiz qaz vurub, qazan doldursun. Deyə bilmir axı, paxıllıq hissi buna imkan vermir”.

“Dədə-babalarımzdan üzü bu yana bilirik ki, paxıllıq hissi qədər insana ziyan vuran ikinci hiss yoxdur. Paxıllıq adamı xəstə salır. Tarixi filmlərə, seriallara baxıram, görürəm ki, elə dövrü-qədimdən bu paxıllıq hissi insanları yıxıb, amma fərqində deyillər. Mən arzu edirəm ki, insanlar paxıllıq hissindən xilas olsunlar. O insan, əslində, öz işində-gücündədir, həyatını yaşayır. Amma paxıl insan bütün işini-gücünü atıb, ancaq özü-özünə zülm edir. Bir də onda ayılır ki, paxıllıq onu yıxıb, onda da artıq gec olur”, – deyə o, bildirib.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa