Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Bu gündən Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içkilər, tütün məmulatları, energetik (spirtli və spirtsiz) içkilər, elektron siqaretlər üçün maye kimi aksizli mallara tətbiq edilən vergi dərəcələrinin dəyişdirilib.
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Fərmanına uyğun olaraq ölkədə istehsal olunan spirtli içkilər, tütün məmulatları, eləcə də enerji içkilərinə aksiz vergisi dərəcələri dəyişdirilib.
Alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqaret üçün mayeyə, siqaret, siqar ve siqarillalar əvvəllər sadəcə idxal rüsumuna cəlb olunurdusa, Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə cari ilin fevral ayının 10-dan etibarən bu mallara həm də aksiz vergisinin tətbiqi nəzərdə tutulub