Bu gün axşam saatlarında İstanbulda yerləşən “Zorlu Center Performans Sanatları Merkezi”ndə keçirilməsi gözlənilən 46-cı “Altın Kelebek” mükafatları gecəsi İdlibdə Rusiyanın dəstəklədiyi Bəşşar Əsədə sadiq qüvvələrin hava hücumu nəticəsində 33 Türkiyə hərbçisinin şəhid olması səbəbi ilə təxirə salınıb.
Xəbər verdiyimiz kimi, “Altın Kelebek”in builki siması, “Erkenci kuş” serialının ulduzu, aktrisa Demet Özdemir Bakıya təşrif buyurub. Bu gün media əhli ilə görüşən Demet geyimi ilə diqqəti öz üzərinə çəkməyi bacarıb.