!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyəli aktrisanın Bakıda geyindiyi geyimin qiyməti bilindi - FOTO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, “Altın Kelebek”in builki siması, “Erkenci kuş” serialının ulduzu, aktrisa Demet Özdemir Bakıya təşrif buyurub. Bu gün media əhli ilə görüşən Demet geyimi ilə diqqəti öz üzərinə çəkməyi bacarıb.

Yenicag.az xəbər verir ki, “İnstagram”da sürətlə populyarlaşan “Kim haradan geyinir” səhifəsi aktrisanın tədbirə geyindiyi ağ şık kostyumunun və eyni rəngdə uzun çəkmələrin qiymətini açıqlayıb. Ulduzun düz dizə qədər olan ətəyi “Balmain” markasına məxsusdur. Dəyəri isə 992 manatdır. Gümüşü düymələr ilə bəzədilmiş qiyməti 1731 manatlı ağ pencək də eyni markaya məxsusdur. Demet obrazını tamamlamaq üçün dəyəri 896 manatlıq “Parixtexas it”dən olan ağ çəkmələrdən istifadə edib. Ümumilikdə aktrisa geyiminə 3619 manat pul xərcləyib.

Qeyd edək ki, dekabr ayında İstanbul şəhərində keçiriləcək “Türkiyənin Oskarı” adlandırılan “Altın Kelebek” mükafatlandırma mərasimi ilə bağlı daha öncə Bakıya gələn sənətçinin Ebru Şahin olacağı məlumatı mediaya yayılmışdı. Lakin mükafatlandırma gecəsinin siması dəyişdirilərək Demet Özdemir olub. Elə məhz bu səbəbdən Demet Bakıya gəlib. /oxu.az/

COP29

www.yenicag.az

1293
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv