“OPEC plus” ölkələrində yeni razılaşma - Azərbaycan da təsdiqlədi
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı "Əməkdaşlıq Bəyannamə"si təsdiqlənib. İclasda "OPEC plus" ölkələri tərəfindən Meksikanın gündəlik neft hasilatını 100 min barrel həcmində azaltması təklifinə baxılaraq qəbul edilib.