“Mənə ev verilən ərəfədə həyat yoldaşımla ayrılmalı oldum. O da məhkəməyə müraciət etdi ki, həmin evdə yaşamaq hüququ alsın. Məhkəmə qərar verdi ki, bir otaq ona verilsin və mənim ailə qurduğum xanımla eyni evdə yaşasın. Mən də etiraz etdim ki, necə yəni, iki arvad bir evdə yaşasın. Qərara gəldim ki, evi satım, ya ona bir otaq alım, ya da evin pulunu verim. Mən məcbur olub satdım o evi…”