Taksi sifariş etdi, pul vermədi, bıçaqlandı - Bakıda

media-hightechnic-468x90

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Şərifov Seymur Niyaz oğlu taksi sifariş edərək sürücüyə onu yaşadığı Nərimanov rayonuna aparmasını xahiş edib.

S.Şərifov yaşadığı evə gələrkən taksi sürücüsü 10 manat ödəməsini tələb edib. Lakin sərnişin bu qədər pulu olmayacağını bildirdikdə tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə S.Şərifov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Zərərçəkmiş bunu Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin əməkdaşları tərəfindən ilkin dindirilmə zamanı bildirib.

Fakt araşdırılır.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600