!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Talant Mərkəzi Asiya": Layihənin ilk azərbaycanlı finalçısı - FOTO

!Reklam – Yazi

“Xəzər” Televiziyasının Azərbaycanda tərəfdaşı olan “Talant Mərkəzi Asiya” layihəsinin iştirakçısı, həyatını öz məntiqi ilə tamamilə dəyişən, pozitiv, maraqlı həmsöhbət, beynin gücünə inanan 24 yaşlı fitri istedad Həzrət Məmmədrzayev tamaşaçı səsverməsinə görə ikinci mövsümün yarımfinalına çıxıb.

O, layihənin ilk azərbaycanlı finalçısı olub. Həmyerlimiz öz qeyri-adiliyi ilə Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirak etdiyi bu beynəlxalq talant müsabiqəsində münsifləri və tamaşaçıları heyran edib. O kubik-rubiki hətta ayağı ilə yığmağı bacarıb.

Vaxtı ilə düşdüyü avtomobil qəzasından sonra yaddaşında problemlər yaranan və görmə qabiliyyəti zəifləyən Həzrət uzun müddət kubik- rubiklə məşqlər edir. Məntiqi ilə çətinliyi aşan iştirakçı bundan sonra həyatda bütün hədəflərə qalib gəlməyi özünə məqsəd qoyur. Onun növbəti hədəfi “Ginessin rekordlar” kitabına düşməkdir. Belə ki, o, kubik- rubiki suyun altında ən qısa müddətə yığaraq rekordu təzələmək istəyir, bunun üçün dayanmadan məşqlər edir.

“Talant Mərkəzi Asiya”nın gələn ay keçiriləcək finalında Həzrət Məmmədrzayev 10 finalçı ilə “Qrand final” mərhələsində mübarizə aparacaq. Burada qalib olanı isə 40000 manatadək pul mükafatı gözləyir. İştirakçıya dəstəyimizi əsirgəməyək! Qoy istedadlarımızı bütün Asiya tanısın!

www.yenicag.az

576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv