!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Talassemiya xəstəsi olan uşaqlar üçün xeyriyyə aksiya keçirildi - Fotolar

!Reklam – Yazi

Bu gün talassemiyalı xəstə uşaqlar üçün xeyriyyə aksiya keçirilib. Yeniçağ.az xəbər verir ki, tədbir Xəqani Ticarət Mərkəzində yerləşən “Büyükfırat” restoranında baş tutub.

Tədbir talassemiya xəstəsi olan uşaqlara sevinc bəxş etmək məqsədi daşıyırdı. Aksiyanın təşkilatşısı “Savab dünyası” Talassemiya Assosiasiyasının rəhbəri Sona Dubuxova gördükləri işlərlə bağlı geniş açıqlama verib:

“Bizim assosiasiya 1989-cu ildə yaranıb. Assosiasiyanın yaranmasının xüsusi tarixçəsi var. Azərbaycanda talassemiyadan dünyasını dəyişən çoxlu sayda uşaqlar olurdu. 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva bizim təşkilatımızla dəyirmi masa keçirtdi. Tədbirdə xaricdən gəlmiş ekspertlər də iştirak edirdi. Bundan sonra “Talassemiya mərkəzi” açıldı, burada müalicəyə başlanıldı. Bu gün dünya üzrə ən çox talassemiyalı uşaqların sayına görə Azərbaycan ön sıradadır. Ölkəmizdə 9,6 milyon əhalidən 1,5 milyona qədəri bu xəstəliyin daşıyıcısıdır.

Bizim missiyamız odur ki, bir çox insanlar bu sahədə maariflənsinlər, evlənmədən öncə yoxlanılsınlar. Belə ki, iki talassemiya daşıyıcısı olan insanlar evlənməməlidir. Xəstə uşaqlar doğulmamalı, bu xəstəliyin daşıyıcıları artmamalıdır. Bizim mübarizəmiz bu yöndədir”.

Tədbirin sonunda “Büyükfırat” restoranın rəhbərliyi talassemiyadan əziyyət çəkən uşaqlar və onların valideynləri üçün nahar süfrəsi açıb. Bu barədə danışan “Büyükfırat” restoranının müdiri Yusif Türkmən bildirib ki, şirkət olaraq davamlı olaraq, sosial aksiyaların keçirilməsinə daim dəstək olublar və bundan sonra da bu prinsipə sadiq qalacaqlar.

Aygün ilqarqızı
Yeniçağ.az

www.yenicag.az

1288
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv