Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Taleh Bağırzadədən "Müsavat" başqanına ağır ultimatum - Avropalı mühacirlərdən isə insan alveri ittihamı...

Reklam: Sinerji Pro

Avropada yaşayan mühacirlər arasında qarşıdurma yaranıb.

Yenicag.az xəbər verir ki, Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü Mehdi Xəlilbəylinin Almaniyada keçirilən etiraz mitinqlərinin birində hal-hazırda həbsdə olan “Müsəlman Birliyi Hərəkatı”nın lideri, Hacı Taleh Bağırzadənin portretini cırıb, tapdalaması onun tərəfdarlarını ciddi şəkildə hiddətləndirib.

Taleh Bağırzadənin tərəfdarları Mehdi Xəlilbəylini etdiyi hərəkətə görə sosial şəbəkə üzərindən linç edirlər. Hətta Xəlilbəylinin telefon nömrəsini paylaşaraq Taleh Bağırzadənin tərəfdarlarını onu təhqir etməyə səsləyənlər də var.

Bundan əlavə, Taleh Bağırzadənin tərəfdarları Müsavat partiyasının bu məsələyə aydınlıq gətirməsini tələb edirlər. Hiddətlənmiş şəxslər bildirir ki, “Müsavat”ın tərkibi demokratik dəyərlərə sadiq olmayan hər bir şəxsdən təmizlənməli və dinindən, əqidəsindən, irqindən asılı olmayaraq hər bir vətəndaşına həmrəylik sərgiləyən partiyaya çevrilməlidir. Taleh Bağırzadənin tərəfdarları Mehdi Xəlilbəyli kimi şəxslərin partiyadan göndərilməyəcəyi təqdirdə, partiyanı boykot edəcəkərini də bəyan ediblər.

Əldə etdiyimiz məlumata görə, həbsdə olan Taleh Bağırzadə də baş verənlərə səssiz qalmayıb. O, Müsavat partiyasının başqanı Arif Hacılıya söz göndərib və məsələyə aydınlıq gətirilməsini tələb edib. Taleh Bağırzadə “Müsavat” rəhbərliyi çərçivəsində üzr istənməsi gərəkdiyini də vurğulayıb.

Ancaq “Müsavat” başqanı nə olanları qınayır, nə də üzr istəyir.

Buna səbəb kimi Mehdi Xəlilbəylinin “Müsavat” içərisindəki çəkisi və mühacir biznesi göstərilir.

İddia edilir ki, Mehdi Xəlilbəyli Müsavat partiyasının xaricə mühacir göndərməsində açar rol oynayır. Arif Hacılının onu partiyadan uzaqlaşdırması partiya üçün ağır nəticələr verə bilər. Belə ki, Mehdi Xəlilbəylinin Arif Hacılını və partiyanı şantaj edə biləcəyi deyilir. Avropada yaşayan mühacirlər bildirir ki, adı çəkilən şəxs şantaj yolu ilə çox işlər görüb.

Ümumiyyətlə, Mehdi Xəlilbəylinin Almaniyada Müsavat partiyasının adı, sənədləri ilə insan alveri ilə məşğul olduğu da gələn xəbərlər arasındadır. Adı çəkilən şəxsin gördüyü işlər arasında saxta partiya biletlərinin, arayışların təqdim olunması, məhkəmə qərarlarının çıxarılması, qəzetlərdə saxta “təqib olunan siyasi fəallar” haqqında məqalələrin yerləşdirilməsi, Almaniya hökumətinə təqdim olunması üçün bir nüsxəlik saxta qəzetlər, vizalar hazırlanması, qanunsuz miqrasiya, insan alveri və şantaj məsələləri də daxildir.

Təbii ki, bu cür əməlləri heç kim təkbaşına edə bilməz. Əgər iddialar doğrudursa, Mehdi Xəlilbəylinin partiyadan uzaqlaşdırılması, əməlinin pislənməsi “Müsavat” başqanının sonunu gətirər. İddia edilir ki, Mehdi Xəlilbəyli ilə Arif Hacılı ortaqdır və “Müsavat” başqanının əsas gəlir mənbəyi məhs o şəxsdir.

Taleh Bağırzadənin tərəfdarları “Müsavat” rəhbərliyindən partiyanın təməl prinsipləri, dini, irqi baxışları barədə də mövqelərinin bəyan edilməsini tələb edirlər.

Arif Hacılı hələ ki susmağa üstünlük verir. Yaranmış vəziyyətin necə həll olunacağı müəmma olaraq qalmaqdadır.

www.yenicag.az

2741
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM