Deputatlığa namizəd Taleh Əliyevin görüşləri davam edir.
Yenicag.az xəbər verir ki, 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən Ümid Partiyasının deputatlığa namizədi Ümid Partiyasının İcra Aparatının Rəhbəri, politoloq Taleh Əliyevin Seçki Qərərgahının Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsinin 20, 21, 22, 23, 24, 26, 27 və 29 saylı Seçki Məntəqələrinin seçiciləri ilə qapı-qapı görüşləri davam edir.
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan sakinlər bu görüşlərdən məmnun olduqları üçün 9 fevralda seçki məntəqələrinə gedərək Ümid Partiyasının deputatlığa namizədinə səs verəcəklərini bildiriblər. Sakinlərin sözlərinə görə digər namizədlər Tağıyev qəsəbəsində belə görüşlər keçirmədiyinə görə onların seçimləri birmənalı olaraq Umid Partiyasının deputatlığa namizədi Taleh Əliyev olacaq.
www.yenicag.az