“Taliban” Pəncşiri tamamilə ələ keçirdi

media-hightechnic-468x90

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” onlara tabe olmayan Pəncşir əyalətini tamamilə nəzarəti altına alıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Taliban”ın sözçüsü Zəbiullah Mücahid “Twitter” hesabında məlumat paylaşıb.

“Düşmənin son yuvası Pəncşir əyaləti də tamamilə fəth edilmişdir”, – yazan Mücahid bununla da ölkədə savaşın bitdiyini elan edib.

Qeyd edək ki, Pəncşir vilayətində Əhməd Məsud və Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Salehin müqavimət qüvvələri toplanmışdı.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05